Ukrayna paytaxtında müharibədə ölən mülki vətəndaşların sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya hərbçilərinin əməliyyatı nəticəsində Ukraynanın paytaxtı Kiyevdə 60-ı mülki vətəndaş olmaqla 222 nəfər ölüb.
BAKU.WS-in UNIAN-a istinadla məlumatına görə, bu barədə Kiyev şəhər dövlət administrasiyası başçısının müavini Nikolay Povoroznik bildirib.
Onun sözlərinə görə, Kiyevdə hərbi müdaxilənin qurbanlarından 4-ü uşaqdır: “23 günlük müharibə nəticəsində şəhərdə 241-i mülki sakin olmaqla 889 nəfər yaralanıb. Yaralıların 18-i uşaq, 3 təcili tibbi yardım maşınının sürücüsü, 1 təcili tibbi yardım xidmətinin həkimidir. Bundan başqa, 36 yaşayış binası, 5 xüsusi mülk, 6 məktəb binası və 4 uşaq bağçasının binası zədələnib”.
Nikolay Povoroznik bildirib ki, hazırda Rusiya hərbçiləri Kiyevi xaotik olaraq atəşə tuturlar.
Oxşar xəbərlər
Rusiyanın hərbi qüvvələri əsas səylərini Kiyevin mühasirəsinə yönəldib
Rusiya hərbçiləri əsas səyləri Ukraynanın paytaxtı Kiyevin mühasirəyə alınmasına yönəldib. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı...