Ukrayna ordusunun “Titan” ləqəbli azərbaycanəsilli hərbçisinin şücaəti - VİDEO

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, son iki gündə Rusiya-Ukrayna cəbhəsində qarşılıqlı hücumlar daha da intensivləşib.
“Ukraynanın 100-dən çox yaşayış məntəqəsi, 125-dən çox digər infrastruktur obyektləri artilleriya zərbələrinə məruz qalıb. Ölən və yaralananlar var. Ukrayna isə Rusiyanın 8 döyüş məntəqəsini və 5 zenit-raket kompleksini məhv edib”, - deyə jurnalist əlavə edib.
Həmçinin qeyd edilib ki, Ukrayna ordusu Zaporojyenin Melitopol şəhərində uğurlu əks-hücum əməliyyatı həyata keçirir.
O da bildirilib ki, Melitopolda Ukrayna ordusunun “Titan” ləqəbli azərbaycanəsilli hərbçisi Rusiyanın bir tankını ekipajı ilə birlikdə təkbaşına məhv edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...