Ukrayna ordusundan Rusiyaya kütləvi hücum: 117 PUA vuruldu - VİDEO

14
avq
2024
11:22
Ukrayna ordusu Rusiya ərazisinə son ayların ən kütləvi hücumunu reallaşdırıb.
Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.
Belə ki, Rusiya RƏM sistemləri dörd “Toçka-U” taktiki raketi və 117 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
Kursk vilayətinin ərazisində 37 PUA və 4 raket, Voronej vilayəti üzərində 37 PUA yerə salınıb. Bundan əlavə Belqorod üzərində 17, Nijni Novqorod (videoda) üzərində 11, Volqoqrad üzərində 9, Bryansk üzərində 3, Orlovsk üzərində 2 və Rostov vilayəti üzərində isə 1 dron hədəfə çevrilib..
Oxşar xəbərlər
Bryansk, Moskva və Belqorod üzərində 5 PUA vurulub
Rusiya hava hücumundan müdafiə sistemləri bu gecə Bryansk, Moskva və Belqorod vilayətləri üzərində Ukraynanın 5 pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə R...
