Bryansk, Moskva və Belqorod üzərində 5 PUA vurulub

10
may
2024
09:51
Rusiya hava hücumundan müdafiə sistemləri bu gecə Bryansk, Moskva və Belqorod vilayətləri üzərində Ukraynanın 5 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə silsilə hücumların qarşısı alınıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, üç pilotsuz uçuş aparatı Bryansk vilayəti üzərində, digərləri isə Moskva və Belqorod vilayətləri üzərində vurulub.
Oxşar xəbərlər
Ukrayna PUA-ları hücum etdi - Rusiyanın regionları işıqsız qaldı
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın bölgələrinə hücum edib. PUA-ların hədəfi enerji obyektləri olub. Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildi...
