Ukrayna müharibəsi nəticəsində həlak olan uşaq sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyasının Ukraynaya hücumu hücumu nəticəsində 382 uşaq həlak olub, 740-dan çox uşaq yaralanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
"2022-ci il sentyabrın 4-ü səhər saatlarına Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1 122 nəfərdən çox uşaq zərər çəkib. Rəsmi məlumatına görə, 382 uşaq ölüb, 740-dan çox uşaq yaralanıb. Ən çox uşaq Donetsk vilayətində zərər çəkib – 388 nəfər, Xarkovda 204, Kiyevdə 116, Nikolayevdə 71, Çerniqovda 68, Luqanskda 61, Xersonda 55, Zaporojyedə 46 azyaşlı zərər çəkib", - xəbərdə bildirilir.
Qeyd olunur ki, bu rəqəmlər yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə bununla bağlı göstəricilərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Sentyabrın 3-də Dnepropetrovsk vilayətinin Zelenodolsk şəhərinin atəşə tutması nəticəsində 9 yaşlı uşaq həlak olub.
Rusiya silahlı qüvvələrinin bombalaması və atəşə tutması nəticəsində 2 328 təhsil müəssisəsi zərər görüb, onlardan 289-u tamamilə dağıdılıb.
Oxşar xəbərlər
Ukrayna müharibəsində həlak olan və yaralanan azyaşlıların sayı bəlli oldu
Rusiya Federasiyasının Ukraynaya qarşı bir neçə aydır davam edən müharibəsi nəticəsində 358 uşaq həlak olub, 684 uşaq yaralanıb. BAKU.WS “Report”a istinadən xəb...