Ukrayna müdafiə nazirinin müavinləri istefa verdi
06
sen
2023
14:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna müdafiə nazirinin üç müavini istefa verib.
BAKU.WS Ukrayan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Oleksiy Qonçarenko məlumat verib.
Onun sözlərinə görə, müdafiə nazirinin müavini Vladimir Qavrilov, müdafiə nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavini Vitali Deyneqa və müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini Andrey Şevçenko istefa verib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radası müdafiə naziri Oleksiy Reznikovun istefasını təsdiqləyib.
Oxşar xəbərlər
Ukraynanın müdafiə naziri istefa verə bilər
Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə bilər. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Ukrainska Pravda" nəşri yayıb. Məlumata görə, Reznikov...