Ukrayna Baş Qərargahı: "Rusiya şərqdən hücuma keçməyə hazırlaşır"
"Məqsəd Donetsk və Luqansk rayonlarının ərazisinə nəzarətin tam ələ keçirilməsidir".
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
“Belarus ərazisində hərbi texnikanın hərəkətliliyi qeydə alınır. Rusiya Xarkovu mühasirəyə almağı davam etdirir. Barvenkovo istiqamətində ruslar qismən uğur qazanaraq 7 km irəliləyib, Brajkovka yaşayış məntəqəsinə nəzərəti ələ keçirib. Onlar Donetsk və Luqansk istiqamətində Popasnaya, Rubejnoye və Mariupol yaşayış məntəqələrinə nəzarət ələ keçirmək istəyirlər”.
Rusiya daha bir neçə yaşayış məntəqələrində hücuma keçsə də uğur qazana bilməyib.
Həmçinin bildirilib ki, Rusiya qoşunları Nikolayevə Cenevrə konvensiyası ilə qadağan edilən kasset döyüş sursatları ilə atəş açıb.
Oxşar xəbərlər
Britaniya kəşfiyyatı: “Mariupolun mərkəzi Ukraynanın nəzarəti altındadır”
“Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və rus...