UFC çempionu terror barədə: "İslam dini bunu qəti şəkildə qadağan edir"
Yeniliklərdən dərhal xəbərdar olun
UFC-nin yüngül çəki üzrə mövcud çempionu, rusiyalı İslam Maxaçev Dağıstanda baş verən terror fonunda İslam dini və insanların ona münasibəti barədə danışıb.
“İslam dini günahsız insanlara qarşı zorakılığı qəti şəkildə qadağan edir. Bu, kimə qarşı olursa-olsun - insanın özünə, namusuna və ya əmlakına qarşı. Heç nə insanları öldürmək, əmlaklarına zərər vermək, sakitliklərini və şəxsi toxunulmazlıqlarını pozmaq hüququnu vermir.
Bu qeyri-insani əməlləri İslamın gözəl dini ilə əlaqələndirməyin, çünki belə hərəkətlər İslamda pislənir və qəti şəkildə qadağan edilir” - deyə Maxaçev sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, dünən axşam, 23 iyun tarixində silahlı şəxslər Derbentdəki kilsə və sinaqoqa, eləcə də Mahaçqaladakı DYP postuna hücum etmişdilər. Bu hadisələr nəticəsində çox sayda insan xəsarət almışdır.
Oxşar xəbərlər
“Crocus City Hall” terroru: Nüvə silahından da təhlükəli planın ilk addımı - ŞƏRH
Güclü, zəif, varlı, kasıb olmasından asılı olmayaraq, heç bir dövlət terrordan sığortalanmayıb. 30 il öncə - 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metrosu...