"Uçuşun davamına icazə verilməsi Qaydası" təsdiqlənib
Nazirlər Kabineti "Aviasiya haqqında" qanunda nəzərdə tutulmuş hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra, uçuşun davamına icazə verilməsi Qaydası"nı təsdiq edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qayda "Aviasiya haqqında" qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adıçəkilən qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya iki nömrəli Əlavə - "Uçuşların qaydaları" və 13 nömrəli Əlavə - "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına, eləcə də tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir.
Qaydada istifadə edilən anlayışlar adıçəkilən qanunla və digər normativ hüquqi aktlarla müəyyən olunmuş mənaları ifadə edir.
Oxşar xəbərlər
Ermənistan–Azərbaycan sülhü özünü doğruldub: Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Azərbaycan arasında sülhün mövcud şəraitdə effektivliyini sübut etdiyini bildirib. BAKU.WS-in məluma...