Üç prokurorun qulluq keçməsinə xitam verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədov və Azad Orucovun qulluq keçmələrinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqda görüş keçirilib.
BAKU.WS xəbər verir ki, onlara baş prokuror tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.
Tədbirdə, həmçinin 70 illik yubileyinin tamam olması ilə əlaqədar prokurorluğun veteranı Fərman Rzayevə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı təqdim edilib.
Görüş zamanı təqaüdə çıxmış işçilərin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınıb, səmərəli fəaliyyətləri qeyd edilib.
Veteranlar göstərilən diqqətə görə minnətdarlığını bildirərək tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.
Sonda xatirə fotosu çəkilib.
Qalereya
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...