"Twitter"in qonşuları yeni loqonun işığından şikayətlənirlər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İlon Mask bu yaxınlarda "Twitter" sosial şəbəkəsinin loqosunu X olaraq dəyişdikdən sonra San-Fransiskodakı Market Street qərargahının damında nəhəng X loqosu qurub.
BAKU.WS xarici mətbuata xəbər verir ki, lakin loqonun parlaqlığı məhəllədə şikayətlərə səbəb olub və bina müfəttişlərini hərəkətə keçməyə sövq edib.
Lakin bələdiyyə rəsmiləri və bəzi sakinlər bu görüntüdən razı deyil.
İnsanlar nəhəng X-in parıldayan videosunu çəkərək sosial şəbəkələrdə şikayətlərini paylaşıblar.
Ərazi sakinlərinin bələdiyyə orqanlarına şikayət etdiyi bildirilib.
San-Fransiskonun tikinti müfəttişləri bunun qaydalara zidd ola biləcəyini söyləyiblər.
Hesabatda şirkət nümayəndələrinin loqonu araşdırmaq istəyən səlahiyyətlilərin iki dəfə dama qalxmasına maneə törətdiyi qeyd olunub.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında "Twitter"i 44 milyard dollara satın alan Elon Musk, adı dəyişdirilən şirkətin San-Fransiskoda qalacağını açıqlayıb.
Oxşar xəbərlər
İlon Mask: “Axmaq” birini tapan kimi istefa verəcəyəm” - FOTO
Tviterin yeni sahibi İlon Mask Şirkətin idarəçiliyini öz üzərinə götürəcək bir “axmaq” tapan kimi istefa verəcəyini açıqlayıb. BAKU.WS-in məlumatına görə, bu ba...