"Twitter"dən sonra daha bir pis xəbər: "Facebook", "Instagram", “WhatsApp”...
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ay amerikalı milyarder İlon Mask tvitterin səhmlərini 44 milyard dollara satın alması böyük səs-küyə səbəb oldu.
BAKU.WS xəbər verir ki, şirkətdə çalışanlara işdən azad edilmələri barədə gec məlumat verildiyindən onlar "Twitter" rəhbərliyini məhkəməyə veriblər.
Bu vəziyyət davam etdiyi bir vaxtda, texnologiya sektoruna ağır zərbə vuracaq daha bir pis xəbər yayılıb.
Belə ki, "Facebook", "Instagram", “WhatsApp” kimi platformaları özündə birləşdirən Meta-nın minlərlə insanı işdən çıxarmağa hazırlaşdığı açıqlanıb.
"Wall Street Journal"da yer alan məlumata görə, işdən çıxarılanların siyahısı çərşənbə günü elan ediləcək və bu minlərlə insana mənfi təsir edəcək.
Meta isə hələ ki, məlumatı təsdiqləməkdən imtina edib. Lakin bu halda şirkətin baş direktoru Mark Zukerberqin ötən ayın sonunda verdiyi açıqlama yenidən diqqət çəkib:
"2023-cü ildə sərmayələrimizi yüksək prioritet sahələrə yönəldəcəyik. Bu o deməkdir ki, bəzi komandalar inkişaf edəcək, bəziləri isə ya sabit qalacaq və ya azalacaq".
Hazırda şirkətin 87 min işçisi var. Onlara vacib olmayan səyahətləri təxirə salmalarını tapşırıblar.
Oxşar xəbərlər
İlon Mask “Twitter“in yeni rəhbəri olub
Amerikalı milyarder İlon Mask tvitterin səhmlərini alıb. BAKU.WS xəbər verir ki, CNBC-nin müxbiri Devid Faber məlumat yayıb. Onun sözlərinə görə, artıq əvvəlki...