Türküstan Bəyannaməsi: "e-Permit" sistemi Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyini artıracaq
"e-Permit" sisteminin tam işə salınması və Milli Vahid Pəncərənin inteqrasiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların səmərəliliyinin və şəffaflığının artırılmasına töhfə verəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.
Sənədə əsasən, liderlər "Rəqəmsal İpək Yolu" layihəsinin və analoji rəqəmsal infrastruktur layihələrinin təşviqinə çağırırlar.
Həmçinin dövlət başçıları TDT-yə üzv dövlətlərin Nəqliyyat nazirlikləri arasında "e-CMR" sisteminin tətbiqinə dair 23 aprel 2026-cı il tarixində Bişkekdə Anlaşma Memorandumunun imzalanmasını alqışlayır və üzv dövlətlərin müvafiq orqanlarını elektron rəqəmsal imzaların qarşılıqlı tanınması haqqında saziş layihəsinə baxılmasını başa çatdırmağa çağırırlar.
"Transsərhəd sənədləşmənin sadələşdirilməsi, inzibati maneələrin azaldılması, yüklərin real vaxt rejimində izlənilməsinin təmin edilməsi və Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyinin və şəffaflığının artırılması məqsədilə "e-Permit" sisteminin tam işə salınmasını alqışlayır və Milli Vahid Pəncərənin, o cümlədən üzv dövlətlərin "e-Permit", "e-CMR" və elektron hökumət sistemlərinin inteqrasiyasını dəstəkləyirik", - deyə bəyannamədə bildirilir.
Həmçinin beynəlxalq yükdaşımalara dəstək göstərilməsi üçün "e-TIR" prosedurunun gələcək tətbiqinin vacibliyi və zəruri texniki və hüquqi işlərin mümkün qədər tez başa çatdırılmasına hazırlıq vurğulanıb.
Oxşar xəbərlər
TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri kosmik fəaliyyət sahəsində əməkdaşlığın inkişafını prioritet hesab edirlər. BAKU.WS "Report"a istinadən xə...