TÜRKPA-nın "Türk Əsri: parlament diplomatiyasının rolu" mövzusunda plenar iclası keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın paytaxtı Astanada iyunun 11-12-də TÜRKPA-nın "Türk Əsri: parlament diplomatiyasının rolu" mövzusunda 14-cü plenar iclası keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbir Qazaxıstan Parlamentinin ev sahibliyində baş tutacaq.
14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində həmçinin Assambleya Şurasının iclası, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclası keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır
Azərbaycan və Türkiyənin sarsılmaz birliyi Cənubi Qafqazda kənar müdaxilələrlə gərginliyi artırmağa çalışan aktorlara bölgədə sabitliyin, sülhün, eləcə də təhlü...