Türkiyənin vitse-prezidenti Azərbaycana səfər edəcək
25
iyl
2023
14:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu ilin sentyabrında Azərbaycana səfər edəcək.
Bunu Report-un Ankara bürosuna müsahibəsində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım deyib.
"Cevdet Yılmaz Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədridir. Səfər zamanı iki ölkə arasındakı əlaqələrlə bağlı bir sıra məsələlər müzakirə olunacaq", - o vurğulayıb.
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirildi
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh...