Türkiyənin vitse-prezidenti Azərbaycan liderini seçkilərdə YAP-ın qələbəsi münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.
Bununla bağlı Cevdet Yılmaz "X" hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Milli Məclisə seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyasını və Azərbaycan Prezidenti İlham Əliyevi ürəkdən təbrik edirəm. Parlament seçkilərinin 30 ildə ilk dəfə olaraq Azərbaycanın suveren torpaqlarında, o cümlədən Qarabağda keçirilməsi faktı bizi məmnun edir.
Ümid edirəm ki, dünən Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək, Azərbaycan xalqının və bütün Türk dünyasının rifahına xidmət edəcək".
Azerbaycan’da yapılan 7. Dönem Meclis seçimlerinden zaferle ayrılan Yeni Azerbaycan Partisi’ni ve Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Sayın İlham Aliyev’i içtenlikle tebrik ediyorum.
— Cevdet Yılmaz (@_cevdetyilmaz) September 2, 2024
30 yıl aradan sonra Karabağ da dahil olmak üzere Azerbaycan Cumhuriyeti’nin egemen…
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...