Türkiyənin sabiq xarici işlər naziri İlham Əliyevə təbrik məktubu göndərib
Yeniliklərdən dərhal xəbərdar olun
2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra təslim olmaq məcburiyyətində qalan qanunsuz separatçı rejim tarix səhnəsindən silindi. Başa çatmış Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaşanan ağrı-acılar artıq tam sona yetir. Qarabağda qalmağa razı olan ermənilər rifah dövləti Azərbaycanın vətəndaşları olmağın bütün üstünlüklərindən faydalanacaqlar. Başda erməni diasporu olmaqla radikal ermənilər isə bundan sonra ancaq özlərinə ziyan vuracaqlar.
Cənab Prezident, Qarabağda uzun müddət davam etmiş problemin həlli münasibətilə başda Siz olmaqla bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın bütün ərazilərində, o cümlədən Qarabağda sülhün və sabitliyin davamlı olmasını arzulayıram.
Sizə cansağlığı diləyir, səmimi ehtiramımı ifadə edirəm".
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...