Türkiyənin məşhur turizm bölgəsində YANĞIN - Tarixi abidələr ziyarətə bağlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə, Çanaqqalanın Ayvacık rayonunda Assos Antik Şəhərinə yaxın ərazidə meşə yanğını baş verib. Yanğın zamanı alovlar Assos Antik Şəhərinin girişinə çatıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın müdaxilələrdən sonra nəzarət altına alınıb.
Ölkənin Mədəniyyət və Turizm Nazirliyi baş verən hadisə ilə bağlı açıqlamasında qeyd edib ki, mədəniyyət abidələri ziyan dəyməyib:“Assos soyutma işləri və digər məsələlərlə əlaqədar 27, 28 və 29 iyun tarixlərində ziyarətçilərə bağlanıb".
Yanğınsöndürənlər ərazidə işlərini davam etdirərkən, alovlar içində qalan su çəni yanaraq yararsız hala düşüb.
Qalereya
Oxşar xəbərlər
Çanaqqaladakı meşə yanğını məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB
Türkiyənin Çanaqqala vilayətində dünən axşamdan başlayan meşə yanğını məhdudlaşdırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçil...