Türkiyənin məşhur kurort bölgəsinə aprel ayında qar yağdı - FOTO

Türkiyənin məşhur kurort bölgəsi olan Çeşməyə qar yağıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən təbiət hadisəsi bölgədə aprel ayı üçün qeyri-adi hesab olunur.
Məlumata görə, İzmirdə səhər saatlarından başlayan tufan yerini doluya buraxıb. Karşıyaka və Çiğli rayonlarında qısa müddətə yağan dolu və qar Çeşmədə də təsirini artıraraq küçələri və çimərlikləri ağ örpəyə bürüyüb.
İzmir şəhərinin meri Tunç Soyer şəhərdəki mənzərəni paylaşaraq “iqlim böhranı” adlandırıb:
"Gördüyümüz mənzərə göstərir ki, iqlim böhranı qapımızı döymür, artıq həyatımızdadır", - o bildirib.
Qalereya
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanına qar yağıb - FOTO/VİDEO
Ərəbistan yarımadası soyuq havanın təsiri altına düşüb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Küveyt və Səudiyyə Ərəbistanının bəzi bölgələrində...
