Türkiyənin "Haber Global" kanalı WUF13-un ikinci günündən videoreportaj hazırlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ikinci günündən (WUF13) videoreportaj hazırlayıb.
BAKU.WS xəbər verir ki, reportajda 182 ölkədən 40 mindən çox şəxsin iştirak etdiyi vurğulanıb.
Videomaterialda bildirilib ki, Misirdə iki il əvvəl keçirilən WUF 12-də 24 min şəxs iştirak edib. Bu da Bakıda keçirilən forumda iştirakçıların sayında 2 dəfə çox olması diqqətə çatırdılıb.
Videomaterialda "WUF13" Azərbaycanın, Bakının ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biridir.
Sujetdə Türkiyənin də burada yüksək təmsilçiliyi qeyd olunub. Bildirilib ki, Türkiyə WUF13-də milli stendlə çıxış edir. Stendə zəlzələ sonrası şəhərçilik istiqamətində görülən işlər, həmçinin 3 il ərzində Türkiyədə 455 min yaşayış binasının tikilərək zəlzələdən əziyyət çəkən vətəndaşlara təhvil verildiyi qeyd edilib.
Oxşar xəbərlər
Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər?
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və M...