Türkiyənin daha 2 vilayətində meşə yanğınları nəzarət altına alındı

Türkiyənin daha 2 vilayətində meşə yanğınları nəzarət altına alındı
Siyasət 24

Türkiyədə, Manisa vilayətinin Gördes bölgəsi və Uşak vilayətinin Eşme ərazisində günlərdir davam edən meşə yanğınları nəzarət altına alınıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı ölkənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı açıqlama verib.

O, bildirib ki, hazırda ərazidə soyutma işləri davam edir:

"Manisanın Gördes və Uşakın Eşmə bölgələrində baş verən meşə yanğınları havadan və qurudan edilən müdaxilələr nəticəsində nəzarət altına alınıb. Aydın Bozdoğandakı yanğın böyük ölçüdə nəzarət altına alınıb. İzmir Menderes və Muğla Ula və Yatağan qismən nəzarət altındadır".

Son xəbərlər