Türkiyənin Çindən təxliyə etdiyi azərbaycanlıların karantin müddəti bitdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.
BAKU.WS “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq 14 günlük karantin bitdikdən sonra onlar evə buraxılıblar.
Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb.
Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.
Oxşar xəbərlər
Çinin müvəqqəti işlər vəkili koronavirusdan yazdı
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Li Cinsonq “Epidemiyadan sonra bahar gələcək” sərlövhəli məqalə hazırl...