Türkiyənin "Cengiz İnşaat" şirkəti Laçın rayonunda Zabuxçay su anbarının tikintisini tamamladı
"Cengiz İnşaat" şirkəti Laçın rayonunda yerləşən Zabuxçay su anbarının tikinti işlərini uğurla başa çatdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə layihənin meneceri Əkrəm Tütüncü Türkiyə mətbuatına açıqlama verib.
O bildirib ki, bu su anbarı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı üçün vacib olan suvarma suyu tələbatını ödəmək məqsədilə inşa edilib.
Əkrəm Tütüncü vurğulayıb ki, Türkiyə şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və ölkə ilə iqtisadi inteqrasiyasının gücləndirilməsi üçün müxtəlif layihələrdə fəal iştirak edir. "Cengiz İnşaat" bu çərçivədə Füzulidən Şuşaya uzanan iki avtomobil yolunun, o cümlədən Zəfər yolunun və Zabuxçay su anbarının tikintisini həyata keçirib. Bununla şirkət ümumilikdə üç strateji layihəyə töhfə verib. Gələcəkdə də Azərbaycanda mühüm infrastruktur layihələrini reallaşdırmağa davam edəcəyik," - deyə o əlavə edib.
Qeyd edək ki, Zabuxçay su anbarının ümumi həcmi 27 milyon kubmetr təşkil edir. Buradan çıxacaq magistral suvarma kanalının suburaxma gücü saniyədə 6,2 kubmetrdir. Su anbarı sayəsində Qubadlı və Zəngilan rayonlarında ümumilikdə 12,1 min hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.
Oxşar xəbərlər
Niderlandda ermənipərəst siyasətçi qadın təhdidlərə görə təhlükəsiz yerə təxliyə edilib
Hakim koalisiyada olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri Dilan Yeşilgöz Amsterdamdakı evinin yaxınlığında şübhəli vəziyyət barədə məlumatı...