Türkiyənin bütün ərazisində antiterror əməliyyatları başladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində “Kahramanlar” kod adı ilə miqyaslı antiterror əməliyyatına başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya feysbuk hesabında bildirib:
"Səhər saat 8:30-a (Türkiyə vaxtı ilə) olan məlumata görə, ölkə ərazisində 466 anti-terror əməliyyatı keçirilib. Əməliyyatlara təhlükəsizlik qüvvələrinin 13 min 440 əməkdaşı cəlb olunub. Nəticədə Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terrorçu həbs olunub, Diyarbakır, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə isə 55 şübhəli saxlanılıb".
Məlumat üçün bildirək ki, Türkiyə ərazisində miqyaslı antiterror əməliyyatları PKK qruplaşmasının Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.
Oxşar xəbərlər
Türkiyədə DİN-in binası önünüdə terrorçu özünü partladıb: Ölən və yaralılar var - VİDEO
Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya b...