PKK-nın rəhbərlərindən biri məhv edildi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Rumeylan bölgəsində antiterror əməliyyatı keçirib.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan "Rojna" kod adlı Zülfiye Binbir məhv edilib.
O, terror təşkilatının iqtisadi məsələlər üzrə "məsul şəxsi" olub.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Zülfiye Binbir 1993-cü ildə PKK-nın heyətinə qoşulub.
Amed və Qarzan əyalətlərində xidmət etdikdən sonra 1997-ci ildə İraqa keçib və 2004-cü ilə qədər bu ərazidə terror fəaliyyətini davam etdirib.
Zülfiye Binbir 2021-ci ildən təşkilatın Kamışlıdakı maliyyə/iqtisadiyyat rəhbərləri arasındadır.
Oxşar xəbərlər
MİT PKK-nın rəhbərlərindən birini məhv etdi
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Süleymaniyyə ərazisində yeni antiterror əməliyyatı keçirib. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, nət...
