Türkiyənin 2 vilayətində əlverişsiz hava şəraiti ilə əlaqədar təhsil dayandırıldı - FOTO

Türkiyənin 2 vilayətində əlverişsiz hava şəraiti ilə əlaqədar təhsil dayandırıldı - FOTO
Foto
Siyasət 2

Türkiyədə, Zonquldak və Hatayın İskenderun rayonunda əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər 1 gün müddətinə bağlanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şiddətli fırtına və yağış Zonguldakda həyatı iflic edib. Şəhərin hər yerində daşqınlar müşahidə edilir.

Zonguldak valiliyi açıqlamasında təhsilin 1 gün müddətinə dayandırıldığını bildirib. Açıqlamada bu ifadələr yer alıb:

“Güclü yağış və fırtına nəticəsində yarana biləcək sel, damın uçması, ağac və dirəklərin aşması kimi neqativ hallar səbəbindən bütün dövlət və özəl rəsmi və qeyri-formal təhsil müəssisələri ( reabilitasiya mərkəzləri və xüsusi kurslar) 27 Noyabr 2023 Bazar ertəsi günü vilayət daxilində bağlanacaq. Şəhərimiz üzrə dövlət müəssisə və təşkilatlarında çalışan əlil və hamilə kadrlar da 27 noyabr 2023-cü il tarixində bir günlük inzibati məzuniyyətə buraxılacaqlar”.

Son xəbərlər