Türkiyənin 11 bölgəsinə QAR XƏBƏRDARLIĞI EDİLDİ - FOTO
Türkiyədə növbəti günlər üçün 11 bölgəyə qar xəbərdarlığı edilib.
BAKU.WS xəbər verir ki, bununla yanaşı 26 şəhərə isə güclü yağış xəbərdarlığı edilib.
Meteorologiya xidmətinin yaydığı məlumatlara görə, Marmaranın şimalı və şərqi, Egey dənizinin cənub bölgəsi, Afyonkarahisar, Bolu, Düzce, Zonguldak, Tokat və Ordu şəhərlərində kəskin yağış yağacaq.
Digər tərəfdən Artvin, Erzincan, Giresun, Gümüşhane, Rize, Sivas, Trabzon, Tunceli, Bayburt, Erzurum, Kars kimi bölgələrdə isə şiddətli qar yağacağı xəbərdarlığı edilib.
Meteorologiya xidməti 26 bölgədəki şiddətli yağışlarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Yaşanan sel və daşqınlara qarşı əhalini diqqətli olmağa çağırıb.
Oxşar xəbərlər
Türkiyənin 35 bölgəsinə xəbərdarlıq edildi - FOTO
Şimali Afrikadan gələn və Cənubi Yunanıstan üzərində narıncı duman yaradan çöl tozu Türkiyəyə də təsirini göstərməyə başlayıb. BAKU.WS Türkiyə KİV-ə istinadən...