Türkiyəni təşvişə salan ZƏLZƏLƏ - Naci Görürdən reaksiya

Türkiyədə, Muğlanın Marmaris rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, zəlzələdən sonra Türkiyənin Elmlər Akademiyasının üzvü, professor Naci Görür açıqlama verib.
“Marmaris-Orhaniye/Muğlada 4,4 bal gücündə gücündə zəlzələ oldu. Zəlzələ Marmaris və Orhaniyenin cənubundakı qırılma zonasındadır. Cənubi Ege uzun müddətdir ki, Yunan-Kipr qövsü və Plini-Strabon çevrilmə fayı səbəbindən aktivdir", - deyə Görür bildirib.
Qeyd edək ki, saat 13.11-də episentri Muğlanın Marmaris mahalı olan 4,4 bal gücündə zəlzələ baş verib. 6,89 kilometr dərinlikdə olan zəlzələ İzmir və Aydınla yanaşı, Muğlada da hiss olunub. İlkin məlumatlara görə, qısamüddətli panikaya səbəb olan zəlzələdə can və mal itkisi olmayıb.
Oxşar xəbərlər
İri şəhərlə bağlı qorxunc KƏŞF - Qırılma xəttində 7.3 ballıq zəlzələ gözlənilir
Türkiyənin Bursa şəhəri ərazisində əvvəllər xəritələrdə yer almayan 95 kilometr uzunluğunda Kayapa-Yenişehir qırılma xətti aşkar edilib. BAKU.WS Türkiyə KİV-ə...
