İri şəhərlə bağlı qorxunc KƏŞF - Qırılma xəttində 7.3 ballıq zəlzələ gözlənilir

İri şəhərlə bağlı qorxunc KƏŞF - Qırılma xəttində 7.3 ballıq zəlzələ gözlənilir
Siyasət 201

Türkiyənin Bursa şəhəri ərazisində əvvəllər xəritələrdə yer almayan 95 kilometr uzunluğunda Kayapa-Yenişehir qırılma xətti aşkar edilib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni kəşf edilən qırılma 7,3 bal gücündə zəlzələ yarada bilər.

Ankara Universiteti, Kocaeli Universiteti və Eskişehir Texniki Universiteti birgə araşdırma apararaq, Bursadakı aktiv qırılma xətlərini, o cümlədən yeni kəşf edilən qırılmaları araşdırdılar.

Tədqiqat çərçivəsində Kayapa ilə Yenişehir arasındakı 25 nöqtədə seysmik tədqiqatlar aparılıb. Müəyyən edilib ki, 7.3 bal gücündə zəlzələ yarada biləcək 95 kilometr uzunluğunda aktiv qırılma var. Hansı ki bu, AFAD tərəfindən hələ dərc edilməyib.

Tədqiqat çərçivəsində yeraltı xəritəsi hazırlanıb və qırılma xəttinin keçdiyi yerlər müəyyən edilib.

Mümkün zəlzələnin maqnitudasını, bölgədəki qırılma xəttinin gərginliyini və onun törətdiyi zəlzələləri hesablamaq üçün tarixi dövr araşdırılıb. Bursadakı tarixi zəlzələ qeydlərinə görə, son üç dağıdıcı zəlzələ 19 aprel 1850, 28 fevral 1855 və 11 aprel 1855-ci ildə baş verib. Layihədə 1855-ci ildə baş verən zəlzələlərin mənbəyinin Kayapa-Yenişehir qırılma xəttinin (KYF) qərb hissəsində olduğu qiymətləndirilir.

KYF-nin Yenişehir hissəsində, tarixi qaynaqlarda son dağıntının yaşandığı 1400-cü ildə baş verən zəlzələdən bu yana 624 ildir heç bir qırılma olmadığı bildirilir.

Qırılma xəttində qırılmanın olmaması da zəlzələ ehtimalını gücləndirir.

Son xəbərlər