Türkiyəni "qan gölü"nə çevirmək istəyən 100 İŞİD-çi yaxalandı - VİDEO
30
okt
2019
16:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə Cumhuriyyət Bayramı ərəfəsində terror aktı törətmək istəyən İŞİD terrorçularından ibarət mütəşəkkil dəstə ələ keçib. BAKU.WS "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş açıqlayıb. Onun sözlərinə görə, 21 vilayətdə aparılan 26 əməliyyat zamanı 100 İŞİD-çi saxlanılıb. Baş İdarədə keçirilən koordinasiya yığıncağında çıxış edən Mehmet Aktaş bildirib ki, "FETÖ", "İŞİD" və "PKK" daxil olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizə əzm və qətiyyətlə aparılacaq.
Oxşar xəbərlər
Ərdoğan: İŞİD liderinin öldürülməsi dönüş nöqtəsidir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsinə münasiət bildirib. BAKU.WS xəbər verir ki,...