Türkiyəli siyasətçilərin Qarabağda qəzaya düşmələrinin səbəbi bəlli oldu

Türkiyəli siyasətçilərin Qarabağda qəzaya düşmələrinin səbəbi bəlli oldu
Siyasət 2864

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın ölkəmizdə səfərdə olarkən qəzaya düşməsinin səbəbi bəlli olub.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər proqramı bitdikdən sonra maşın karvanı Zəngilan Hava Limanı istiqamətində yola çıxıb. Binəli Yıldırımın olduğu nəqliyyat vasitəsinin yeni yola çıxıldığı zaman ön təkəri partlayıb. Buna görə də nəqliyyat vasitəsi qəzaya uğrayıb”, - deyə nəşr qeyd edib.

Son xəbərlər