Türkiyəli rejissorun filmi "Oskar"a namizəddir - FOTO

Türkiyəli rejissorun filmi Oskara namizəddir - FOTO
Siyasət 163

Türkiyəli rejissor İlker Çatakın filminin dünyanın prestijli mükafatlarından olan "Oskar"a namizdəliyi irəli sürülüb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Teachers' Lounge" adlı ekran işi "Ən yaxşı beynəlxalq film" kateqoriyasında namizəd göstərilib.

Mərasimdə Almaniyanın adından təqdim olunacaq filmin baş rolunda aktrisa Leonie Benesch çəkilib.

Süjet xəttində Karla Nouak adlı müəllimin hekayəsindən bəhs edilir. Onun tələbələrdindən biri oğurluqda ittiham edilir.

Bundan sonra Karla hadisənin detallarına qədər araşdırmağa başlayır.

Xatırladaq ki, bu il 96-cı dəfə təşkil ediləcək "Oskar" mərasimi Los Ancelesdə keçiriləcək. Mötəbər tədbirin aparıcısı məşhur şoumen Cimmi Kimel olacaq.

Türkiyəli rejissorun filmi

Son xəbərlər