Türkiyəli nazirdən “Haber Global”a Zəngəzur dəhlizi açıqlaması - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra əldə olunan razılıqda çərçivə çəkildi. Orada həm dəmiryolu, həm də quru yolu öz əksini tapır. Xüsusilə dəmiryolu hissəsinə Azərbaycan böyük önəm verir. Ancaq orada “dinamitlər” var: bir tərəfdən Rusiya, digər tərəfdən İran araya girir. Buna baxmayaraq, Zəngəzur dəhlizi Azərbaycan üçün çox vacib mövzulardandır. Çünki Azərbaycan bu məsələyə kimi bütün investisiyalarını bitirir”.
BAKU.WS xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Haber Global kanalına müsahibəsində bildirib.
Daha sonra nazir ötən həftə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Zəngulan hava limanının açılışında iştirak etdiyini xatırladıb.
A.Karaismailoğlu daha sonra belə koridorların ölkələrin siyasi və iqtisadi inkişafında rolunun əhəmiyyətini vurğulayıb.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...