Türkiyəli general Yücel Karauz Rusiyada təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırmasını istəyib

Türkiyəli general Yücel Karauz Rusiyada təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırmasını istəyib
Video
Siyasət 190

"HaberGlobal"ın efirində AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı müzakirə aparılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, müzakirədə iştirak edən türkiyəli general Yücel Karauz deyib ki, Rusiya qəzalı vəziyyətə düşən təyyarənin Qroznı və digər hava limanlarında enişinə icazə verməyənləri hüquq qarşısında cəzalandırmalıdır.

"Qəza baş verəndən andan verilən açıqlamalardan görünür ki, təyyarə qəsdən vurulmayıb. Təyyarə qəza anı yaşayan kimi pilot öncəliklə eniş üçün liman axtarır. Əgər pilot bilsəydi ki, təyyarəni yaxın limanlara endirə bilməyəcək, o zaman elə Bakıya qayıdardı. Rusiya bu işdə günahkar şəxsləri açıq şəkildə aşkara çıxarmalıdır. İlham Əliyevin liderliyi ilə Azərbaycan qəza baş verən andan açıq, şəffaf və beynəlxalq sferada öz xalqının haqqını axtarır".

O əlavə edib ki, Rusiyanın hadisə ilə bağlı Azərbaycana üzrxahlığı İlham Əliyevin başçılığı ilə inkişaf edən bu ölkənin dövlət-xalq-lider birliyinin nəticəsidir.

Müzakirədə iştirakedən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib ki, qəzadan sonra Azərbaycan rəsmiləri dərhal hadisə yerinə gedərək qəzanın quş sürüsü səbəbindən baş vermədiyini bilib:

"Azərbaycanın qətiyyəti ilə Rusiya açıqlama verdi. Rusiya Prezidenti Vladimir Putin Azərbaycana böyük önəm verir. Bunu 44 günlük Vətən müharibəsində də gördük. İki ölkə arasında hər hansı bir problemlər yoxdur. Burada Qroznı hava limanındakı səlahiyyətlilər günahkardır".

Sabiq səfir əlavə edib ki, bundan sonra Azərbaycanın qoyduğu şərtlər yerinə yetirilsə, həm Azərbaycan xalqı, həm də həlak olan şəxslərin ailələri mənəvi cəhətdən daha rarahat olacaqlar.

Daha ətraflı videoda:

Son xəbərlər