Türkiyəli general Azərbaycanın cənub sərhədlərində xüsusi təyinatlıların təlimini izləyib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-leytenant Bəxtiyar Ersay ölkəmizin xüsusi təyinatlılarının təlimini izləyib.
BAKU.WS xəbər verir ki, o, bu məqsədlə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə ölkənin cənub bölgəsinə səfər edib.
Z.Həsənov və B.Ersay xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.
Onlar eyni zamanda, Azərbaycanın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıblar.
Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissələrinin təlimi başlayıb.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...