Türkiyədən Azərbaycanda 250 milyon Lirəlik qrant

Türkiyədən Azərbaycanda 250 milyon Lirəlik qrant
Siyasət 3

Cəbrayılda qurulacaq Türkiyə-Azərbaycan Beynəlxalq Tədris Mərkəzi və Meşəlik ərazinin salınması layihəsi çərçivəsində Türkiyə ilə Azərbaycan arasında qrant dəstəyi ilə bağlı imzalanan beynəlxalq müqavilə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunub.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, müqaviləyə əsasən, Türkiyə layihənin maliyyələşdirilməsində istifadə olunması üçün Azərbaycana 250 milyon Lirə qrant dəstəyi verəcək.

Layihənin ümumi dəyəri 250 milyon Lirəni keçməsə, Azərbaycan qalan qalıqdan istifadə hüququ tələb edə bilməyəcək.

Layihədə tikinti işlərini həyata keçirəcək podratçı şirkət türk mənşəli və ya ən azı 51 faiz payı Türkiyə şirkətinə məxsus olan Azərbaycan-Türkiyə tərəfdaşlığı podrat şirkətləri arasından müəyyən ediləcək.

Qrant müqaviləsi tərəflərin qeyd olunan sənədin qüvvəyə minməsi üçün zəruri daxili hüquqi prosedurların yerinə yetirildiyi barədə bir-birlərinə sonuncu yazılı bildirişi aldıqları tarixdən qüvvəyə minir.

Son xəbərlər