Türkiyədə yanğını söndürmək istəyən helikopter su anbarına düşüb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iştirak edən yanğınsöndürən helikopter ötən gecə Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Hadisə zamanı bir ekipaj üzvü xilas edilib, daha üç nəfərin axtarışları davam etdirilir.
Xatırladaq ki, ötən gün İzmirin Menderes rayonunda meşə yanğını başlayıb, hadisənin səbəbi hələ müəyyən edilməyib. Yanğının söndürülməsi üçün rayona 9 təyyarə, 20 helikopter, 54 yanğınsöndürən maşın, 20 avtosistern, buldozer, həmçinin 500-ə yaxın yanğınsöndürən və digər mütəxəssis göndərilib.
Oxşar xəbərlər
Avropa yarım era əvvəlki hadisələri yaşayır?
Bu il Avropada artıq 660 min hektar meşə yanıb. BAKU.WS APA-ya istinadən verdiyi xəbərə görə, bu, 2006-cı ildən sonra meşə yanğınları ilə bağlı qeydə alınan rek...