Türkiyədə xilasetmə işlərinə "Bayraktar"lar cəlb edildi

Türkiyədə xilasetmə işlərinə Bayraktarlar cəlb edildi
Siyasət 153

Zəlzələdən sonra axtarış-xilasetmə işlərinə komando birliklərimiz də daxil olmaqla, ümumilikdə 3 500 şəxsi heyət qatılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, "A400m" təyyarələri daxil olmaqla 17 təyyarə yardım uçuşları həyata keçirir və 2 ədəd “Bayraktar AKINCI” da prosesə qoşulub.

Qeyd edək ki, Türkiyənin 10 rayonunda baş verən güclü zələzələlər nəticəsində son rəqəmlərə görə, 1541 nəfər ölüb, yaralıların sayı isə 9733-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

Son xəbərlər