Türkiyədə universitetlər oktyabrın 1-dən sonra açılacaq

Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlaması oktyabrın 1-dən sonraya nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Ali Təhsil Şurası açıqlama yayıb.
Məlumata əsasən, yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar universitet yataqxanalarında tələbələrin sıx yerləşməməsi də nəzərə alınmaqla, universitetlərin 1 oktyabrdan sonra açılması tövsiyə olunub.
Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdindəki Elm Qurumunun tövsiyəsi ilə dünən Təhsil naziri Ziya Səlcuk bütün orta məktəblərdə dərslərin onlayn şəkildə avqustun 31-dən fəaliyyətə başlayacağını deyib. Məktəblərin normal qaydada açılması isə sentyabrın 21-ə planlaşdırılır.
Oxşar xəbərlər
Türkiyədə yeni tədris ili avqustun 31-dən başlayacaq
Türkiyədə 2020/2021 tədris ili avqustun 31-dən başlayacaq. Bu barədə Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildiri...
