Türkiyədə yeni tədris ili avqustun 31-dən başlayacaq

03
iyl
2020
21:36
Türkiyədə 2020/2021 tədris ili avqustun 31-dən başlayacaq.
Bu barədə Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirib.
O deyib ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumunun tövsiyələri nəzərə alınmaqla, Təhsil Nazirliyi tərəfindən belə bir qərar verilib.
Baş direktor qeyd edib ki, bununla əlaqədar Təhsil Nazirliyi Türkiyənin 81 vilayətinə bildiriş göndərib.
Oxşar xəbərlər
Türkiyədə daha 1492 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 19 nəfər ölüb. BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavir...
