Türkiyədə TIR avtobusla toqquşdu: 5 ÖLÜ, 10 YARALI - FOTO

Türkiyədə TIR avtobusla toqquşdu: 5 ÖLÜ, 10 YARALI - FOTO
Siyasət 58

Türkiyənin Tekirdağ vilayətində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tekirdağ-Saraydan Çerkezköy istiqamətində hərəkət edən 34 BGE 76 dövlət qeydiyyat nişanlı TIR, Vizedən Çerkezköy istiqamətində hərəkət edən 59 KS 182 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza zamanı mikroavtobusda olan 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım və polis cəlb edilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Türkiyədə TIR avtobusla toqquşdu: 5 ÖLÜ, 10 YARALI - FOTO

Son xəbərlər