Türkiyədə polis zəlzələdən sonra təxribat xarakterli paylaşım edənlərə qarşı HƏRƏKƏTƏ KEÇDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Baş Təhlükəsizlik İdarəsinin Kibercinayətkarlıqla mübarizə şöbəsi Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələdən sonra əhalidə qorxu yaratmaq məqsədilə təxribat xarakterli paylaşımlar edən sosial media hesabları müəyyən edib.
BAKU.WS "İHA"ya istindən xəbər verir ki, hesabları idarə edən şəxslər aidiyyəti bölmələrə göndəriliblər.
"Kahramanmaraş Pazarcıkda baş verən zəlzələ ilə bağlı sosial media platformalarında vətəndaşlarımızda qorxu və panika yaratmaq məqsədilə təxribat xarakterli paylaşımlar edən 13 hesab müəyyən edilib. Hesabları idarə edən şəxslər təyin olunaraq aidiyyəti bölmələrə göndəriliblər", - deyə açıqlamada bildirilib.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...