Türkiyədə koronavirusdan sağalanların sayı 210 mini keçib
27
iyl
2020
22:13
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından son 24 saatda 17 nəfər ölüb. Bununla da COVID-19-dan ölü sayı 5630 nəfərə çatıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, gün ərzində 45 283 şübhəli koronavirus testindən keçib, onlardan 919-nun cavabı pozitiv çıxıb, bu gün daha 982 xəstə sağalıb.
Türkiyədə indiyədək 227 019 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 210 469 nəfər müalicə olunaraq evə buraxılıb.
Oxşar xəbərlər
Türkiyədə COVID-19 xəstələrinin sayı 221,5 minə çatıb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb. BAKU.WS-in xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter”...