Türkiyədə koronavirusdan ölüm sayı 5260-a çatıb
07
iyl
2020
22:12
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.
BAKU.WS-in yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 50 545 şübhəli koronavirus testindən keçib, onlardan 1053-nün cavabı pozitiv çıxıb. Bu gün daha 2297 xəstə sağalıb.
Türkiyədə indiyədək 207 897 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5260 nəfər ölüb, 185 292 nəfər müalicə olunaraq evə buraxılıb.
Oxşar xəbərlər
Türkiyədə bu gün koronavirusdan 16 nəfər ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb. BAKU.WS-in xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter”...