Türkiyədə koronavirusdan ölənlərin sayı 4 mini ötüb

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 mini ötüb
Siyasət 99

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.

BAKU.WS-in xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 34821 şübhəli koronavirus testindən keçib, onlardan 1635-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4007 nəfər ölüb, 144 749 nəfər bu infeksiyaya yoluxub, 104 030 nəfəri isə müalicə olunub. Bu gün 2315 xəstə evə buraxılıb.

Son xəbərlər