Türkiyədə koronavirusdan ölənlərin sayə 7 minə yaxınlaşır

11
sen
2020
21:05
Türkiyədə son sutka ərzində koronavirusdan daha 56 nəfər ölüb.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, son 24 saatda 112 213 şübhəli koronavirus testindən keçib, onlardan 1 671-nin cavabı pozitiv çıxıb. Ağır xəstə sayı 1 223 nəfərdir, 1 117 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Türkiyədə ümumilikdə 288 126 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 256 524 nəfər sağalıb, 6 951 nəfər ölüb.
Oxşar xəbərlər
Türkiyədə koronavirusla bağlı son durum
Türkiyədə son sutka ərzində koronavirusdan daha 57 nəfər ölüb. BAKU.WS-in yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter...
