Türkiyədə koronavirusdan daha 27 nəfər öldü
21
may
2020
20:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.
BAKU.WS-in xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 33633 şübhəli koronavirus testindən keçib, onlardan 1003-nün cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4249 nəfər ölüb, 153548 nəfər bu infeksiyaya yoluxub, 114990 nəfəri isə müalicə olunub.
Bu gün 1092 xəstə evə buraxılıb.
Oxşar xəbərlər
Türkiyədə koronavirusa yoluxanların sayı 152 mini keçib
Türkiyədə yeni növ koronavirusdan daha 23 nəfər ölüb. BAKU.WS-in məlumatına görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd...