Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb
16
iyn
2020
21:43
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 17 nəfər ölüb.
BAKU.WS-in məlumatına görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 46800 şübhəli koronavirus testindən keçib, onlardan 1467-nin cavabı pozitiv çıxıb. Bu gün 1015 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4842 nəfər ölüb, 181298 nəfər bu infeksiyaya yoluxub, 153379 nəfəri isə müalicə olunub.
Nazir infeksiyaya yoluxanların dünənlə müqayisədə 125 nəfər az olduğunu qeyd edib.
Oxşar xəbərlər
Türkiyədə koronavirusa yoluxanların sayı 154 mini keçib
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb. BAKU.WS-in xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində payla...