Türkiyədə koronavirusdan daha 115 nəfər ölüb
23
apr
2020
21:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə son 24 saat ərzində daha 115 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2491 nəfərə çatıb.
Ölkədə 3 116 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 101 790 nəfərə çatıb.
Onun sözlərinə görə, ötən sutka ərzində 2 014 nəfər sağalıb, sağalanların ümumi sayı 18 491 nəfər təşkil edir.
Oxşar xəbərlər
Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı artır
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 83 min nəfərə yaxın artıb ki, bu da əvvəlki gündən 6 min çoxdur. BAKU.WS xəbər verir ki, ümumilikdə koronavir...