Türkiyədə kənd sakini həftəyə 10-13 qram qızıl tapır - FOTO
Türkiyədə Zonguldakda Alaplı və Yığılca arasındakı dərədə qızıl tozu aşkarlanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, İsmail Uslu adlı şəxs artıq iki ildir ki, qeyd edilən ərazidən qızıl çıxardığını bildirib.
68 yaşlı İsmail bu hobbinin onu maddi çətinliklərdən xilas etdiyini deyib.
O qızılı palçıqlı suların içindən axtarıb tapır. İsmail əvvəllər ovçuluqla məşğul olub. Amma o daha heyvanları ovlamadığını, çayxanada boş vaxt keçirmək əvəzinə gəlib dərədə qızıl axtardığını bildirib. İsmail qızılı tapmaq üçün bahalı alətlərdən istifadə edir.
O həftəyə təxmini 10-13 qram qızıl tapır.
Oxşar xəbərlər
Ukraynanın könüllü hərəkatının rəhbəri rastlaşdığı dəhşətlərdən DANIŞDI - FOTO
Ukraynanın “Volontyor” könüllü hərəkatının rəhbəri Roman Soviçin “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Rusiyanın artıq 4 aya yaxındır ki,...